Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyası “Meta” şirkətini uşaqları sosial şəbəkələrin mənfi təsirindən qorumamaqda təqsirləndirib.
Avtosfer.az xəbər verir ki, qurumun ilkin rəyinə görə, şirkət 13 yaşdan aşağı uşaqların Feysbuk və İnstaqram kimi platformalarda iştirakına imkan verməklə Rəqəmsal xidmətlər haqqında aktını pozub. Komissiya hesab edir ki, “Meta” şirkətinin yaşa nəzarətlə bağlı gördüyü tədbirlər səmərəli deyil.
Qeydiyyatdan keçərkən uşaqlar təvəllüdlərini düzgün göstərməyə bilərlər. Bu məlumatların doğruluğunun yoxlanılması mexanizmləri isə yoxdur.
Komissiyanın hesablamalarına görə, Avropa İttifaqında yaşı 13-dən aşağı olan uşaqların təxminən 10-12 faizi Feysbuk və İnstaqram istifadəçisidir.
Vüqar