Feysbukda yalan xəbər yayıldı, Emin Əmrullayev şərh yazdı

27.11.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Universitetləri” Feysbuk səhifəsinin ölkə məktəbləri ilə bağlı yazdığı xəbərə elm və təhsil naziri Emin Əmrullayev şərh yazıb.

Belə ki, səhifə Azərbaycanda 1500 məktəbin bağlanacağını qeyd edib.

Sitat: “Ölkədə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. Məqsəd: Xərclərin optimallaşdırılması”.

Globalinfo.az xəbər verir ki, nazir şərh bölməsində xəbəri təkzib edib.

“Bu, doğru məlumat deyil, bir qədər sonra açıqlamamız olacaq. Əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, – E.Əmrullayev deyib.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью