Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi | Icma.az
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
- + Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı və övladları – Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalı məhkəməyə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).
QSC-nin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Ülkər Həsənova iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.
“Aqrarkredit” QSC Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkətini, Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu və İmanova Suğra Sevindik qızı adlı vətəndaşları da məhkəməyə verib.
Məlumata görə, Samirə Ağamalı, Kamran Ağamalı və Orxan Ağamalı keçmiş deputatın nəvələridir.
“Agricola” MMC-yə gəlincə, açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur.
Tam oxu
Xəbəri oxu