Fəzail Ağamalının ölüm səbəbi bilindi

09.02.2026

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.

Milli.Az Teleqraf-a istiandən bildirir ki, F.Ağamalı qızı Günay Ağamalı və nəvəsi ilə müalicə üçün Türkiyəyə gedibmiş. O, müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Mərhumun nəşi yaxın saatlarda Bakıya göndəriləcək.

Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью