FFF İnfantinoya “yox” deyəcək

19.08.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Fransa Futbol Federasiyası (FFF) Canni İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Federasiyanın prezidenti Filip Diallo yaranmış vəziyyəti sentyabrın 8-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxarmağı planlaşdırır. Bununla o, qərarı təkbaşına qəbul etdiyi təəssüratının yaranmasını istəmir.

FFF İnfantino ilə bağlı mövqeyini rəsmi şəkildə açıqlamayıb.

Qeyd edək ki, İnfantino 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb. Seçkinin gələn il martın 18-də Mərakeşdə keçirilməsi planlaşdırılır.

Dünya çempionu Fransa klubunda “Tottenhem”dən “Yuventus”a - Rəsmi Seneqal millisinin yeni baş məşqçisi bəlli oldu "Napoli"də yeni müqavilə: UZUNMÜDDƏTLİ SÖZLƏŞMƏ Verman rəsmən "Borussiya"da
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью