Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu yeni tender keçirib.
Tribunainfo.az xəbər verir ki, nazirlik FHN İdman-sağlamlıq klubunda voleybol meydançası üçün Video Challange sisteminin satınalınmasını həyata keçirəcək.
FHN bununla əlaqədar “QAFQAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb. Layihənin həyata keçirilməsinə isə 205.375,46 manat xərcləyəcək.
Qeyd edək ki, FHN-lə “Qaqaznet” arasında bu, ilk sövdələşmə deyil.
Bundan əvvəl də nazirlik bir neçə iri tenderlərini bu şirkətə həvalə edib.
Məsələn, FHN Maddi Texniki-Təchizat İdarəsi 2023-cü ildə 3 tenderini “Qafqaznet” MMC-yə verib.
Təkcə iki müqavilənin dəyəri 3 724 670 manat təşkil edib. Elə ötən il də analoji tenderlər reallaşdırılıb.