FHN 289 min manata 2 ədəd “Toyota” alır

17.06.2026

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN – 3101648411) olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, FHN “Toyota Abşeron Center” MMC-dən dəyəri 288 min 500 manat olan 2 ədəd avtomobil alacaq.
Bildirilir ki, 2026-cı il istehsalı olan qara rəngli avtomobillərin biri “SUV Offroader”, digəri isə sedan tipli  olacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Abşeron Center” MMC 10 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Fərid Ədalət oğludur.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью