FHN Abşerondakı yanğınla bağlı məlumat yaydı

09.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Görülmüş tədbirlər nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью