Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” telefon xəttinə Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Gununsesi.info-ya bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
Ağdaşda 17 yaşlı gənc kanalda batıb.
Gununsesi.info xəbər verir ki, hadisə Yuxarı Şirvan kanalının Qoşaqovaq kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, 2008-ci il təvəllüdlü gənc – Süleymanov Nəsib Vidadi oğlu çimdiyi zaman batıb. O, kanala atası ilə birgə gedibmiş.
Batan şəxsin axtarışlarına FHN -nin Aran Dalğıc Axtarış Qrupunun əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanıb.