FHN Aran Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

13.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

FHN Aran Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib.

Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Kürdəmir Regional “ASAN xidmət” Mərkəzində hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə xəbərdarlıq toplanışı, “Çinar Hotel SPA Naftalan” MMC-də isə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqləri keçirilib.

Məşqlərin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью