Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 sentyabr, AZƏRTAC
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.