FHN: Azərbaycanda binaların hündürlüyü ilə bağlı limit yoxdur

10.02.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanda tikililərə hündürlüklə bağlı hər hansı bir limit qoyulmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov deyib.

O bildirib ki, dünyada belə bir qayda yoxdur:

“Bu limit ancaq tarixi şəhərlərdə qoyula bilər ki, tikilən binalar tarixi binalardan hündür olmasın. Məsələn, Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində belə bir limit var. Tikilən binalar Kapitolidən hündür olmamalıdır. Azərbaycanda texniki baxımdan hər bir hündürlükdə tikili inşa etmək olar. Seysmik normalar da imkan verir ki, ölkə ərazisində istənilən hündürlükdə bina inşa edə bilək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью