FHN bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib

05.04.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı əhaliyə müraciətində deyilir.

Bildirilir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Təhlükə zamanı 112-yə zəng edilməsi xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью