FHN biri 468 min manatdan 10 ədəd yanğınsöndürən avtomobil aldı

19.11.2025

Icma.az, Marja.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyilə müqavilə bağlayıb.

Marja.az xəbər verir ki, dəyəri 4 milyon 680 min manat olan müqavilə 10 ədəd yanğınsöndürən avtomobil texnikasının alınmasını nəzərdə tutur.

Hər bir yanğınsöndürən avtomobilin alınması FHN-ə 468 min manata başa gələcək. 

Qeyd edək ki, sentyabr ayında  Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər. Razılaşmaya əsasən texnikaların komplektləşdiriciləri ölkəmizə gətirilərək, Gəncədə yığılacaqdır. Bu sənəd Azərbaycan Fövqəladə Hallar Nazirliyinin avadanlıqların təchizatı layihəsinin davamıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью