FHN: Bu il subasma səbəbindən köməksiz qalan 1351 vətəndaş təxliyə edilib

29.09.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il 15 sentyabradək qeyri-sabit hava şəraiti və intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərində və həyətyanı sahələrdə subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş FHN-in xilasediciləri tərəfindən operativ şəkildə təxliyə edilib.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bu gün keçirilən birifinqdə deyib.

O, qeyd edib ki, 38 nəfərə müvafiq köməklik göstərilib. 2025-ci ilin analoji dövründə bu rəqəm müvafiq olaraq 170 və 9 olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью