FHN bu rayonda 3,7 milyona yeni bina TİKDİRƏCƏK

16.05.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Əsaslı Tikinti İdarəsi Füzuli rayonunda yeni inzibati binanın tikintisi ilə bağlı tender elan edib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə aid yanğınsöndürmə depo binasından gedir.

Tikinti işləri çərçivəsində həm binanın əsas konstruksiyası, həm də istilik və elektrik avadanlıqları quraşdırılacaq. Layihə FHN-in Füzuli rayonunda təhlükəsizlik və operativ yanğınsöndürmə imkanlarını artırmaq məqsədi daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью