FHN bu rayonlarda 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək

05.11.2025

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tərəqqi-Ş” MMC (VÖEN – 1302085961) olub.
Tenderin qalibi olan şirkət FHN-in sifarişi əsasında Şamaxı və İsmayıllı rayonlarında 3 ədəd 3 otaqlı fərdi yaşayış evi tikəcək və qarşılığında 270 min 200 manat 79 qəpik alacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikitisinə 90 min 67 manat xərcləyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Tərəqqi-Ş” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil ev 40-da yerləşən MMC-nin qanuni təmsliçisi Yaqubov Şakir Xanbala oğludur.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью