FHN buzlu yollarla əlaqədar piyadalara tövsiyyə verib | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.
APA xəbər verir ki, tövsiyyədə deyilir: - ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın.
Altlığı qum və ya sumbata kağızı ilə sürtün; - ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin.
Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır; - yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur; - sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun; - yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun; - sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu