FHN də rəis müavini işdən çıxarıldı KONKRET

26.01.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsdən azad olunaraq, dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır. Sadiq Abduyev 2018-ci ildə “dərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью