Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Qəbələ rayonunda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, zəlzələ iyunun 12-də yerli vaxtla saat 15:13-də qeydə alınıb.
Bildirilib ki, yeraltı təkanların episentri Qəbələ seysmik stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində yerləşib. Zəlzələ ocağı 42 kilometr dərinlikdə olub.
Qeyd olunub ki, zəlzələ episentrdə və ona yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss edilib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, hadisə nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə indiyədək məlumat daxil olmayıb.