FHN dən Mərdəkanla bağlı TƏCİLİ açıqlama Son vəziyyət

28.07.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 700 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Yeni Sabah"a veirlən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Həyata keçirilən xilasetmə əməliyyatı sayəsində vətəndaş - 2009-cu il təvəllüdlü Ağazadə Rahil Tarıyel oğlu xilas edilib. Sezar pizza

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2009-cu il təvəllüdlü İsmayılzadə Nurlan Mövlud oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью