FHN dən “Şəki Yaylası”dakı faciə ilə bağlı açıqlama

09.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Modern.az xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb.

Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.

Nicat Rüstəm

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью