FHN dənizdə batanı xilas edib

14.06.2025

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonundakı Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov Pərviz Fəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью