FHN ə məlumat yaydı: Zəlzələ nəticəsində dağıntı və insan xəsarəti...

05.06.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 04.06.2025-ci il tarixində yerli vaxtla saat 23:32-də Lerik rayonu ərazisində 17 km dərinlikdə 3.6 maqnituda zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью