FHN əməkdaşı Dünya “gümüşü”nü qazandı

06.12.2024

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə Dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.

Çempionatda böyük uğura imza atan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü, Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev deadlift hərəkəti üzrə 230 kq, pauerliftinq hərəkəti üzrə isə 585 kq nəticə ilə ikinci yerə layiq görülüb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью