FHN əməkdaşları 1 yaşlı körpəni xilas etdi

21.05.2025

Sitat.info saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 yaşlı körpənin əlinin plastik oyuncaqda sıxılıb qalması səbəbindən köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə Sitat.info-ya qurumun Mətbuat xidmətindən bildirilib.

Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər tərəfindən 2024-cü il təvəllüdlü körpənin sıxılı vəziyyətdə qalmış əlinin oyuncaqdan təhlükəsiz qaydada çıxarılması təmin edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью