FHN əməliyyat görüntüləri yayıb VİDEO

28.11.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью