FHN əməliyyat görüntüləri yayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

24.12.2024

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə ondördmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2017-ci il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью