FHN: Gəncədə söküntü işləri aparılarkən dağıntının altında qalmış vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

07.09.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xıdmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntının altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntının altında qalmış 1985-ci il təvəllüdlü Taleh İdris oğlu Kərimovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью