FHN gücləndirilmiş rejimə keçdi

08.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, əhalinin, eyni zamanda qonaqların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью