FHN iki obyektdə yanğını söndürüb

27.01.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının bir-birinə bitişik ümumi sahəsi 1000 kv.m olan anbarların birində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan anbarın dam örtüyünün taxta atmaları və içərisində olan taxta məmulatları yanıb. Digər bitişik anbarlar yanğından mühafizə olunub.

Nazirliyin qaynar xəttinə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə də yanğın baş verməsi barədə məlumat daxil olub.  Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 560 kv.m olan istilik sistemləri satışı ilə məşğul olan dördmərtəbəli obyektin mansard hissəsində yanğın baş verdiyi müəyyən edilib. Yanğın nəticəsində obyektin mansardının yanar konstruksiyaları və rəflərə yığılmış santexnika malları 80kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью