FHN in helikopteri vasitəsilə vəhşi heyvanların peyvəndlənməsi aparılıb VİDEO | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.
Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib.
Qeyd edilib ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu