FHN in işçiləri “Minib düşmə yeri”ni zəbt etdi Sürücülər əziyyət çəkir VİDEO

12.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanında nəqliyyat vasitələrinin nizamsız parklanması ilə bağlı vətəndaş narazılığı yaranıb.

Bu barədə Avtosfer.az-ın “WhatsApp” qaynar xəttinə izləyici tərəfindən foto və videolar göndərilib. Kadrlardan görünür ki, ərazidə mövcud olan “Minib-düşmə yeri” nişanına məhəl qoyulmadan avtomobillər sıra ilə park edilib. Nəticədə həmin sahədən istifadə edən taksi sürücüləri sərnişinlərin minib-düşürülməsi zamanı çətinliklərlə üzləşirlər.

Şikayətçinin sözlərinə görə, yaranan vəziyyət səbəbindən bəzi hallarda taksi sürücüləri məcbur qalaraq avtomobillərini hərəkət zolağında və ya avtobus zolağında saxlayırlar ki, bu da cərimə riskini artırır. Eyni zamanda, bu vəziyyət piyadalar üçün də təhlükəli şərait yaradır. Fotoda taksi sifariş edən sərnişinin yolun hərəkət hissəsində gözlədiyi də müşahidə olunur.

İzləyici bildirib ki, əvvəllər ərazidə “Dayanma və durma qadağandır” nişanı mövcud olub və həmin dövrdə parklanma həyata keçirilməyib. Lakin nişan götürüldükdən sonra ərazinin parkinq kimi istifadə olunduğu qeyd edilir.

Şikayətçinin iddiasına əsasən, xüsusilə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına məxsus avtomobillər həmin sahədə park edilir. Onun sözlərinə görə, bu səbəbdən vətəndaşlarla sürücülər arasında tez-tez mübahisələr yaranır. Mübahisə zamanı isə onlar işlədikləri qurumun binasının qarşısında saxladıqlarını vurğulayaraq törətdikləri xətaya bəraət qazandırırlar.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunduğu, lakin hələlik problemin həllini tapmadığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью