FHN in nümayəndəsi Efiopiyada səfərdədir

17.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli Efiopiya Federativ Demokratik Respublikasına səfər çərçivəsində aprelin 17-də Efiopiyanın Fəlakət Risklərinin İdarə edilməsi Komissiyasının komissarı Şiferau Teklemariam ilə görüşüb.

APA FHN-ə istinadən xəbər verir ki, görüş zamanı Nazirliyin fəaliyyəti barədə ətraflı məlumat verilib, ikitərəfli və beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub.

Efiopiya rəsmisi ölkəsinin fövqəladə halların idarə olunması sahəsində Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu ifadə edib, Azərbaycanın bu sahədə qazandığı təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Komissara, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tərəfdaş ölkələrin nümayəndələri üçün xüsusi tədris proqramlarının təşkili imkanları barədə məlumat verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində, Afrika İtifaqının Efiopiyada yerləşən bir çox üzv dövlətinin səfirləri ilə də görüşlər keçirilib, fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir müabdiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью