Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Axar.az xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Xəlil Mustafa oğlu Mustafayevin axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.