FHN in yeni generalları kimlərdir?

15.12.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Adil Abdullayevə general-leytenant, Fərhad Səmədov, Seymur Qaraşova general-mayor, Vaqif Ibrahimova isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.

Axar.az Teleqraf-a istiandən xəbər verir ki, Adil Abdullayev fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müavinidir.

O, 21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Fərhad Səmədov isə FHN-in Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisidir.

Seymur Qaraşov isə nazirliyin Daxili təhlükəsizlik Baş idarəsinin rəisi vəzifəsində çalışır. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.

Vaqif İbrahimov isə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, bu vəzifəyə 2025-ci ildə gətirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью