FHN: “Külək yanğınla mübarizəni çətinləşdirir” Video

26.08.2025

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.
“Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью