FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

06.08.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

"Unutmayın, qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", FHN-in müracitəində deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью