FHN kütləvi məkanlarda maarifləndirmə aparır Fotolar

01.05.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən hotellərdə yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğınların qarşısının alınması yolları və yanğın baş verdikdə zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilir, təxliyə planından düzgün istifadənin əhəmiyyəti izah olunur. Həmçinin, ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğulanır.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilir, maarifləndirici broşürlər və otel nömrələrində yerləşdirilməsi üçün məlumatlandırıcı çap materialları paylanılır və suallar cavablandırılır.







Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью