FHN Laçındakı yanğınla bağlı məlumat yaydı

16.07.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

***

Laçında meşə massivi yanır.

Gununsesi.info xəbər verir ki, yanğın rayonunun Bəyli kəndi istiqamətində meşə hissəsində baş verib.

Hazırda aidiyyatı qrumlar ərazidədir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью