FHN: Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

29.11.2024

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Masazırda uçqun nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, 29.11.2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью