Icma.az, Apa.az portalına istinadən məlumat verir. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Milli Aviasiya Akademiyası
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümunəvi dərs müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və m
Tədbirdə FHN-in aidiyyəti strukturlarının əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nümunəvi dərsi giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev bu tip maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb.
Tədbirdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.