Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində dənizin nəzarətsiz ərazisində iki nəfər batma təhlükəsi ilə üzləşib.
XQ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Daxil olan məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə rayonlarına cəlb olunublar.
Həyata keçirilən operativ xilasetmə əməliyyatları nəticəsində dənizdə batma təhlükəsi yaşayan vətəndaşlar — 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu (Nardaran qəsəbəsində, ən yaxın xilasetmə məntəqəsindən 2 km aralıda) və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu (H.Z.Tağıyev qəsəbəsində, ən yaxın məntəqədən 300 metr aralıda) xilasedicilər tərəfindən sahilə çıxarılaraq təhlükəsiz əraziyə təhvil veriliblər.