FHN: Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edilib

03.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью