Icma.az bildirir, Report.az portalına istinadən.
Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb.
"Report" xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimayyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, hazırda kanstruksiyaların sökülmə işləri aparılır.