FHN rəsmisi: Şadlıq evinin anbarında baş verən yanğın zamanı xəsarət alan yoxdur Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

19.12.2024

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimayyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Hazırda kanstruksiyaların sökülmə işləri həyata keçirilir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır", - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью