FHN rəsmisi: Sumqayıtda dağıntılar altında kiminsə olması ehtimal edilir

03.12.2024

Icma.az bildirir, Bizim media portalına istinadən.

"Dağıntılar altında kiminsə olması ehtimal edilir".
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev deyib.
"Bildiyimiz kimi, 06:42 dəqiqələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərinə Nəzarət Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində, 19-cu binada baş vermiş partlayış hadisəsi ilə bağlı Sumqayıt Regional Mərkəzinin Operativ Məlumat xidməti təcili hadisə yerinə cəlb olunub.
Bu saata olan məlumata əsasən, dağıntılar altında tərəfimizdən üç xəsarət alan şəxsin çıxarılıb təhvil verilməsi təmin edilib. Hazırda axtarış xilasetmə işləri davam etdirilir".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью