Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
10:13 Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.