FHN şəhid övladları üçün “Açıq qapı” günü keçirib

27.05.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 27 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə “Açıq qapı” günü tədbirləri təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin və regional mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirlərin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı” günündə uşaqlara nazirliyin regional mərkəzlərinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.

Tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, FHN uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью