Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-dən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
“İSUZU” markalı avtobusda baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtobusun yanar hissələri yanıb.
Xəsarət alan yoxdur.